CƏMİYYƏT


“Sərhəd Vətənin ən müqəddəs yeridir” mövzusunda onlayn konfrans keçirilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Sentyabrın 10-da Xəzər Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Sərhəd Vətənin ən müqəddəs yeridir” mövzusunda onlayn konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə “İntellektual Gənclər və Vətənpərvərlik Klubu”nun üzvləri qatılıblar. “Azərbaycan gəncliyi 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə baş tutan konfransda Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və Bakı şəhəri üzrə Təhsil idarəsinin Təlimə Dəstək Mərkəzinin çağrışaqədərki hazırlıq üzrə metodisti Mürsəl Qurbanov çıxış ediblər. Qeyd edilib ki, ölkəmizdə gəncliyin inkişafına böyük diqqət və qayğı göstərilir. Müasir dövrdə gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi onların milli mənlik şüurunun inkişaf etdirilməsi zamanı mühüm amildir.

Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Konfransda 50 nəfərə yaxın gənc iştirak edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.