İDMAN


“Sərhəd” hərbi-idman oyunları keçirilib

Bakı, 15 iyun, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi-idman oyunları keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 10 komanda iyun ayının 1-dən 10-dək final mərhələsində mübarizəni davam etdirib.

Final mərhələsinin yekunlarına görə Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.