REGİONLAR


“Sərhəd” hərbi idman oyunlarının Astara turunun qalibləri müəyyənləşib

Astara, 1 may, Bağır Əliyev, AZƏRTAC

Astara Sərhəd Komendantlığında Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Şöbəsi, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi idman oyunlarının Astara turu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon turunda 9 komandanı təmsil edən 45 məktəbli qalib adı uğrunda mübarizə aparıb.

Şagirdlər sıra hazırlığı, avtomatın sökülməsi və yığılması, süni nəzarət iz zolağının yaradılması, kəndirin dartılması, sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili mərhələləri üzrə yarışıblar.

Hərbi idman oyunlarının yekun nəticələrinə əsasən Təngərüd kənd, Astara şəhər 2 nömrəli və Səncərədi kənd tam orta məktəbin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Rayon turunun qalibi - Təngərüd kənd tam orta məktəbin komandası may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.