ELM VƏ TƏHSİL


Sərhəddə xidmət aparan gömrük əməkdaşlarına xarici dil təlimləri keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük sərhəd buraxılış məntəqələrinin əməkdaşları üçün mayın 20-dən iyunun 18-dək onlayn formada keçirilən “İşgüzar ingilis dili bacarıqlarının artırılması” mövzusunda təlimlər başa çatıb. İyunun 24-də təlim dinləyicilərinin onlayn formada qiymətləndirilməsi həyata keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, sərhəddə xidmət aparan gömrük əməkdaşlarının xarici dil biliklərinin artırılması məqsədilə keçirilən təlimlər xüsusi təlim proqramı əsasında bir ay müddətində hər gün 1,5 saat olmaqla təşkil olunub. Təlim proqramı gömrük əməliyyatları ilə əlaqəli ingilis dili terminologiyası və lüğəti, xidməti fəaliyyət, o cümlədən vətəndaşlarla ünsiyyət zamanı ingilis dili bacarıqları, qrammatikanın sərbəst öyrənmə tapşırıqları vasitəsilə mənimsənilməsi, eyni zamanda, gömrük fəaliyyətinə aid mətnləri oxuyub-anlama, müzakirələr zamanı fikir bildirmə kimi sahələri əhatə edib.

Bununla yanaşı, təlimdə ilkin olaraq əməkdaşların ingilis dili bacarıqlarının səviyyəsi və inkişaf etdirilməsi vacib olan sahələri müəyyənləşdirmək üçün diaqnostik test və onlayn sorğudan istifadə edilib. Həmçinin effektiv öyrənmənin təmin edilməsi məqsədilə əməkdaşların xidməti fəaliyyətlərində qarşılaşdıqları mövzuların və dialoqların modelləri qurularaq simulyasiya tapşırıqları yerinə yetirilib.

Təlimlərdə sərhəddə xidmət aparan 15 gömrük xidməti əməkdaşı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.