DÜNYA
Sərhədi pozanlar qan tökülmədən ovlanacaq
Budapeşt, 9 avqust, AZƏRTAC
Macarıstan Xarici İşlər Nazirliyi belə adlandırılan “sərhəd ovçuları”nın işə cəlb edilməsinə başlandığını elan edib.
AZƏRTAC xəbər verir ki, Macarıstan sərhədinin qorunmasına öz gücü daxilində töhfə verən 18-55 yaşlı şəxsləri bundan sonra belə adlandıracaqlar. Sərhəd ovçularının vəzifələri polislərlə müqayisədə məhdud olacaq, buna görə də onların təlim keçməsi üçün daha qısa vaxt tələb olunacaq. Onlar adi sərhədçilərin və polislərin daxil olmayacağı yerlərdə sərhədpozanları və qeyri-leqal immiqrantları “ovlayacaqlar” (təbii ki, qan tökülmədən).
Belə qayda pozanların ovlanması iri vəhşi heyvan ovunda çox fərqlənməyəcək. Sadəcə çağırılmamış ikiayaqlı qonaqları ovlayanların yanında silah deyil, rabitə vasitələri olacaq, onlar həmin vasitələrdən istifadə etməklə həqiqi sərhədçilərin hərəkətlərini və fəaliyyətini istiqamətləndirəcək, onları xəta törədənlərin yanına yönəldəcəklər.
Sərhəd ovçularına təqdim edilən əsas tələblər tam ibtidai təhsil, yaxşı fiziki hazırlıq və dözümlülükdür. Bu tələblərə uyğun gələn namizədlər təlim dövründə 3750 avro məbləğində əməkhaqqı alacaqlar.
Uğurlu namizədlər təqribən 4300 avro qazana bilər. Daha ekstremal məsələləri yerinə yetirə bilən ən yaxşı namizədlərin 10 faizi onlar yüksək əməkhaqqına ümid edə bilərlər.
Sərhəd ovçularına xidməti mənzillər və başqa güzəştlər də təqdim edilə bilər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt