DÜNYA


“Sərhədsiz reportyorlar”: bu il 80 jurnalist həlak olub

Bakı, 18 dekabr, AZƏRTAC

2018-ci ildə dünyada həlak olan jurnalistlərin sayı 80 nəfər olub ki, bu da öncəki illə müqayisədə 15 nəfər çoxdur.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumat beynəlxalq “Sərhədsiz reportyorlar” təşkilatının məruzəsində öz əksini tapıb. Məruzədə bu il 80 jurnalistin qətlə yetirildiyi, 348 KİV nümayəndəsinin peşə fəaliyyəti ilə əlaqədar saxlanıldığını, 60 mətbuat işçisinin girov götürüldüyü, 3 jurnalistin isə itkin düşdüyü bildirilir. Bu hadisələr arasında oktyabr ayında səudiyyəli jurnalist Camal Kaşıkçının Krallığın İstanbuldakı Baş konsulluğunda qətli və fevralda “Aktuality.sk” nəşrinin reportyoru Yan Kutsiakın öldürülməsi daha çox rezonansa səbəb olub.

Məruzədə, həmçinin Rusiyalı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenkonun Mərkəzi Afrika Respublikasında güllələnməsi də xatırladılır.

Təşkilatın mütəxəssislərinin fikrincə, KİV nümayəndələri üçün ən təhlükəli ölkələr Əfqanıstan (15 ölüm faktı), Suriya (11) və Meksika (9) olub. Bu ilin iyun ayının sonlarında Merilend ştatının Annapolis şəhərində “Capital Gazette” qəzetinin redaksiyasına hücum edilərək 5 jurnalist qətlə yetirildikdən sonra ABŞ-da bu siyahıda ön yerlərdən birini tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.