ELM VƏ TƏHSİL


Səriştə əsaslı müsahibələrin təşkili qaydaları ilə bağlı təlim

Bakı, 14 oktyabr, AZƏRTAC

SIGMA ekspertləri tərəfindən Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğunda vakant vəzifələrin tutulması məqsədilə müsahibə komissiyasında mütəmadi olaraq iştirak edən əməkdaşları üçün onlayn təlim keçirilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd iştirakçıları səriştəyə əsaslanan qiymətləndirmə müsahibələri, o cümlədən müsahibələrin məqsədləri, digər qiymətləndirmə müsahibələrindən fərqli və üstün cəhətləri, çətinliklər və müsahibə texnikası ilə tanış etmək olub.

Tədbirdə səriştələrə əsaslanan müsahibələrin keçirilməsinə dair təqdimat, həmçinin 2 səriştə sahəsi üzrə müsahibə üslubunun praktik nümayişi təqdim edilib.

Təlim SIGMA-nın təcrübəli ekspertləri olan Aine Qray və Padraig Love tərəfindən keçirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”sına əsasən, “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə DİM SIGMA ekspertləri və pilot layihənin seçilmiş dövlət orqanları (İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apellyasiya Məhkəməsi) ilə birgə dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” layihəsini həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.