SİYASƏT


Serjan Abdıkarimov: Qarabağ Zəfərindən sonra Qazaxıstanla Azərbaycan arasında nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub

Bakı, 23 may, AZƏRTAC

Qarabağ Zəfərindən sonra Qazaxıstanla Azərbaycan arasında nəqliyyat əlaqələri özünün yeni mərhələsinə qədəm qoyub. Azərbaycan möhtəşəm Qələbəsi ilə Cənubi Qafqazda yeni reallıq yaradaraq işğaldan azad edilmiş ərazilərində böyük miqyasda bərpa və quruculuq işləri həyata keçirir. Azərbaycan-Qazaxıstan münasibətlərində səmərəli yeni səhifənin açılmasının zamanı gəlib çatıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov mayın 23-də ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması münasibətilə təşkil olunan tədbirdə söyləyib.

Ötən 30 il ərzində ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə çatdığını qeyd edən səfir Azərbaycan-Qazaxıstan münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələrinin, beynəlxalq dəstəyin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub və hazırda uğurla davam etdirilir.

Qazaxıstanım yanvar hadisələrindən sonra yeni inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdıran səfir bildirib ki, ölkələrimiz arasında iqtisadi, siyasi sahədə olduğu kimi, mədəniyyət sahəsində də inkişaf edərək möhkəmlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.