Sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb
AzerTAg.az
Bakı, 19 fevral, AZƏRTAC
Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs, əvvəllər məhkum olunmuş Tərlan Babayev Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi müəyyənləşdirilib. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və bir büküm heroin aşkar edilərək götürülüb. T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, ərazi üzrə polis orqanlarına və ya Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.


Xəbərin mətnində orfoqrafik səhv var