CƏMİYYƏT


Sərnişin avtobusunda Çin vətəndaşının çantasından cibgirlik yolu ilə pul oğurlayan şəxs yaxalanıb VİDEO

Bakı, 22 iyul, AZƏRTAC

Yasamal rayonu ərazisində sərnişin avtobuslarından birində Çin Xalq Respublikasının vətəndaşı olan qadının çantasından oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən şəxs Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə məlumat verərək avtobusda olan zaman naməlum şəxsin onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurladığını bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. O, ifadəsində həmin hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun cari ilin fevralında Yasamal rayonunda bir avtomobilin açıq qalan pəncərəsindən salona daxil olaraq 800 manatdan artıq pul oğurladığı da məlum olub.

Faktlarla bağlı 28-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, cibgirlik etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 28-ci polis bölməsinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.