CƏMİYYƏT
Sərnişin avtobusundan külli miqdarda siqaret aşkarlanıb
Bakı, 7 iyul, AZƏRTAC
Sərnişin avtobusundan külli miqdarda siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əliyev Famil Fəzail oğlunun etibarnamə ilə idarə etdiyi “İkarus” markalı, 07-BB-967 dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı, Bakı şəhərinə aparılması üçün Azərbaycan Respublikasının vətəndaşı Bayramov Vüsal Şamil oğluna təhvil verilmiş, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş və üzərində aksiz markası olmayan 12 min ədəd xarici markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.