REGİONLAR


Sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin texniki müayinədən keçirilməsinə başlanılıb

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 7-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə xidmət tərəfindən 5 nəfərdən ibarət Texniki Müayinə Komissiyası yaradılıb. Komissiya tərəfindən ilk olaraq muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların texniki müayinəsi həyata keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün sürücülərə lazımi köməklik göstərilib.

Sentyabr ayının sonunadək muxtar respublika daxilində 135 marşrut xətti üzrə fəaliyyət göstərən 313 avtobus texniki müayinədən keçiriləcək. Rayondaxili marşrutların texniki müayinəsi isə müvafiq rayon avtovağzallarında aparılacaq. Görülən tədbirlər çərçivəsində avtovağzallarda istilik sistemlərinin işlək vəziyyətə gətirilməsi və çatışmazlıqların aradan qaldırılması da nəzərdə tutulub. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq qısa müddət ərzində mövcud olan marşrut xətlərinin hamısının hərəkət sxemi hazırlanıb, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslara paylanıb, avtobusların görməli yerlərindən asılıb.

Qeyd edək ki, taksi minik avtomobillərinin texniki müayinəsi isə oktyabr ayında həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.