DÜNYA


“Şərq Tərəfdaşlığı” proqramı Estoniyanın uğurları tarixində çoxlarına məlum olmayan bir səhifədir

Tallinn, 9 fevral, AZƏRTAC

Avropa İttifaqının on il bundan əvvəl başlanmış “Şərq Tərəfdaşlığı” proqramı Estoniyanın uğurlu tarixinin bir səhifəsidir. Bu proqram barədə çox adam bilmir. Lakin o, Estoniyanın və onun ekspertlərinin postsovet məkanındakı altı respublikada nüfuzunu artırıb.

AZƏRTAC xəbər verir ki, Estoniyada çıxan “Postimees” nəşrində bu haqda məqalə dərc edilib. Məqalədə bildirilir ki, “Şərq Tərəfdaşlığı” proqramının məqsədi Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusda mərkəzi və yerli icra strukturları səviyyəsində islahatlar aparılması, korrupsiyaya qarşı mübarizə və elektron qərarların tətbiqi məsələlərinin həllinə kömək etməkdir. Bu benefisiar ölkələrdə inkişaf səviyyəsi və onların üzləşdiyi problemlər fərqlidir. Ona görə də Avropa İttifaqı həmin ölkələri özünə birləşdirməyi və gələcəkdə ittifaqı onların hesabına genişləndirməyi öz qarşısına məqsəd qoymur. Məqsəd, ilk növbədə, öz iqtisadiyyatını stimullaşdırmaq və bürokratiyanı azaltmaqdır.

Materialda “Şərq Tərəfdaşlığı” proqramının Estoniya üzrə mərkəzinin direktoru Yaan Reynholdun sözləri sitat gətirilir. Yaan Reynholdun sözlərinə görə, onun rəhbərlik etdiyi mərkəz yalnız “Şərq Tərəfdaşlığı” məşğul olan yeganə fonddur. Mərkəz Xarici İşlər Nazirliyindən və xarici ölkələrdə həyata keçirilən müxtəlif layihələrdən qrantlar alır. Estoniya artıq neçə ildir ki, müxtəlif sahələr üzrə öz ekspertlərini hədəf ölkələrə göndərir, bu ekspertlər sürətli və səmərəli struktur dəyişikliklərinə nail olmaq üçün öz biliklərini və təcrübələrini tərəfdaşlarla bölüşürlər.

Reynholdun sözlərinə görə, tərəfdaş ölkələrin maraqları və islahatların sürəti fərqlidir. O deyib: “Azərbaycan və Belarus əsas diqqəti Estoniyada elektron qərarların tətbiqi üzərində cəmləşdiriblər. Azərbaycanda elektron rezidentura və rəqəmsal gömrük sistemi inkişaf etdirilir. Onlar bildirirlər ki, Estoniya dünyada elektron rezidentliyə malik olan ikinci ölkədir”.

Avropa İttifaqı qonşuluq siyasətini 2004-cü ildə həyata keçirməyə başlayıb, 2009-cu ildə isə “Şərq Tərəfdaşlığı” proqramı işə salınıb.

2011-ci ildə Estoniya Diplomatlar Məktəbi yanında “Şərq Tərəfdaşlığı” Mərkəzi, 2015-ci ilin noyabr ayında isə bu proqramla bağlı ayrıca fond yaradılıb.

Aygün Əliyeva

AZƏRTAC –ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.