DÜNYA


“Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr üçün yeni investisiya kataloqu hazırlanıb

Tbilisi, 9 iyul, AZƏRTAC

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələr üçün yeni investisiya kataloqu hazırlanıb. Sənəddə üzv ölkələrə aid investisiya layihələri əksini tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Gennadi Arveladze məlumat verib.

O deyib ki, ilk dəfədir hazırlanan kataloqda üzv ölkələrə aid investisiya layihələri və investisiya mühiti yer alıb. Kataloq Avropa İttifaqına üzv ölkələrdən sərmayədarlara həmin layihələrlə ətraflı tanış olmağa imkan verəcək.

G.Arveladze qeyd edib ki, kataloq iyulun 11-də Batumidə keçiriləcək “Şərq Tərəfdaşlığı” üzrə birinci İnvestisiya Forumunda iştirakçılara təqdim olunacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.