SİYASƏT


Şərq ilə Qərb arasında körpü olan Azərbaycan İpək yolu nəqliyyat dəhlizinin bərpasında maraqlıdır

Dequ, 1 noyabr, AZƏRTAC

Şərq ilə Qərb arasında təbii körpü olan Azərbaycan İpək yolu nəqliyyat dəhlizinin bərpasında maraqlıdır.

Bu fikri Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov Dequ şəhərindəki Keimyunq Universitetində İpək Yolu və Orta Asiya Mərkəzinin açılış mərasimində söyləyib.

Azərbaycanlı diplomat nəqliyyat dəhlizlərinin bəşər tarixində, o cümlədən ölkələrin və xalqların siyasi, iqtisadi və mədəni həyatında oynadığı rol haqqında danışıb, qədim İpək yolunun yenidən bərpasının əhəmiyyətini vurğulayıb.

R.Teymurov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Bakıda “Böyük İpək Yolunun yenidən qurulması və inkişaf etdirilməsi” mövzusunda Beynəlxalq konfransın keçirildiyini və nəticədə nəqliyyat sahəsində bir sıra sənədlərin imzalandığını xatırladıb. O, Prezident İlham Əliyevin təşəbbüsü ilə Şərq ilə Qərbin birləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsində mühüm rol oynayacağını qeyd edib.

Açılış mərasimində universitetin yerləşdiyi Qyonqsanq-Bukdo əyalətinin qubernatoru, Koreya Respublikası Milli Assambleyasının keçmiş sədri, Keimyunq Universitetinin prezidenti, bir neçə ölkənin səfirləri və diplomatlar iştirak ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Dequ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.