İQTİSADİYYAT


“Şərq tərəfdaşlığı” proqramı çərçivəsində “EU4Digital” layihəsinin müzakirəsi keçirilib

Bakı, 26 dekabr, AZƏRTAC

Avropa Komissiyasının “Şərq tərəfdaşlığı” (EaP) proqramı çərçivəsində “Rəqəmsal bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsünün “EU4Digital” layihəsinin müzakirəsinə həsr olunan dəyirmi masa keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə HDM təşəbbüsü çərçivəsində yaradılmış 6 istiqamət – “İKT innovasiyaları və startap ekosistemi”, “Telekom qaydaları”, “E-trade (e-kommersiya, e-logistika, e-gömrük)”, “E-səhiyyə”, “E-inam və təhlükəsizlik” və “E-bacarıqlar” istiqamətləri üzrə “EU4Digital” layihəsi çərçivəsində ölkəmizdə görülən işlər və 2020–2021-ci illərdə həyata keçiriləcək tədbirlər barədə məlumat verilib. İstiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər, aidiyyəti dövlət qurumları, özəl sektor və qeyri-hökumət təşkilatlarının nümayəndələri proqramın mahiyyəti barədə danışıblar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri, HDM-in “İKT innovasiya və startap ekosistemi” üzrə ölkə koordinatoru Rəşad Əzizov bu istiqamət üzrə görülmüş işlər, bu işlərin ölkəmizdə aparılan innovasiya siyasəti ilə əlaqəsindən danışıb. Qeyd edib ki, bu istiqamət üzrə kontakt şəbəkəsi formalaşdırılıb və innovasiya subyektlərinin nümayəndələri daxil edilib. O, həmçinin 2020–2021-ci illərdə ölkəmizdə innovasiya istiqaməti üzrə həyata keçiriləcək layihələr barədə məlumat verərək innovasiya ekosisteminin formalaşdırılmasının sürətləndirilməsinin vacibliyini qeyd edib.

“EU4Digital” layihəsinin Azərbaycan üzrə ölkə nümayəndəsi, “Ernst &Young” şirkətinin nümayəndəsi Anar Cəfərzadə öz çıxışında layihənin əhəmiyyətindən danışıb, gələcək strateji addımların effektiv yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra istiqamətlərə görə ölkə üzrə əlaqələndirici şəxslər “Telekom qaydaları”, “E-ticarət”, “Rəqəmsal nəqliyyat dəhlizləri”, “E-səhiyyə”, “Etimad və təhlükəsizlik”, “Kibertəhlükəsizlik” , “E-bacarıqlar” və sair məsul olduqları istiqamətlər barədə iştirakçılara ətraflı məlumat veriblər. Azərbaycanda bu sahələr üzrə əldə olunan nailiyyətlər və görüləcək işlər müzakirə edilib, rəqəmsal sahənin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tədbir dünyada rəqəmsal sahə üzrə inkişaf istiqamətlərinə dair çıxışlar və müzakirələrlə davam edib.

Qeyd edək ki, “Rəqəmli bazarların uyğunlaşdırılması” təşəbbüsündə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil edir və Azərbaycan “İKT innovasiya və startap ekosistemi” istiqaməti və “E-gömrük” alt istiqaməti üzrə əlaqələndirici ölkədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.