ELM VƏ TƏHSİL
Şərqşünas alim Özbəkistan və Türkiyə saytlarında 20 Yanvar faciəsindən yazıb
Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Özbəkistan və Türkiyə saytlarında 20 Yanvar faciəsindən yazıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alimin məqalələri Özbəkistanın human.uz saytında və Türkiyənin kriminsesigazetesi.com saytında yer alıb. Human.uz saytında rus dilində dərc olunan “1990-cı ilin 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqillik yolu”, eləcə də kriminsesigazetesi.com saytındakı “20 Yanvar faciəsi və Azərbaycan xalqının azadlıq uğrunda əzmi” sərlövhəli məqalələrdə hadisələr barədə ətraflı məlumat verilir və xalqımızın müstəqilliyə doğru keçdiyi yolun məhz bu hadisələrdən keçdiyi qeyd edilir. Məqalələrdə 1990-cı ilin yanvar günlərində Bakıda, Neftçalada, Lənkəranda sovet ordusunun cinayətləri faktlarla göstərilir.