ELM VƏ TƏHSİL


Şərqşünas alim Özbəkistanda keçirilən beynəlxalq konfransda məruzə edib

Şərqşünas alim Özbəkistanda keçirilən beynəlxalq konfransda məruzə edib

Bakı, 26 may, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Özbəkistanın Daşkənd şəhərində keçirilən Əlişir Nəvai Beynəlxalq Sosial və Humanitar Elmlər Konfransında iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şərqşünas alim onlayn qoşulduğu konfransda “Uşaqlara bağışlanan ömür və ya “böyük kədərini böyük işlərlə əvəzləyən Turan Mirhadi” mövzusunda məruzə ilə çıxış edib. O, ömrünün 60 ildən çoxunu uşaq və gənclərin inkişafına həsr edən Cənubi Azərbaycan əsilli uşaq ədəbiyyatı professoru, təhsil eksperti, “Fərhad” tədris-təcrübə kompleksinin təsisçisi, Uşaq Kitab Şurasının, “Uşaq və yeniyetmələr ensiklopediyası”nın yaradıcılarından biri olan Turan Mirhadinin həyat və yaradıcılığından geniş söz açıb. Məruzəçi tədqiqat obyektinə çevirdiyi qəhrəmanının bədii irsi, çoxşaxəli fəaliyyəti ilə yanaşı çətinliklər, itkilərlə müşayiət olunan ömür hekayəsinin də insanlar üçün əsl həyat dərsi olmasını diqqətə çatdırıb. Turan Mirhadinin elmi fəaliyyətinin həyat hadisələri, şəxsi keyfiyyətlər fonunda təqdimi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.