Şərqşünas alim Paris simpoziumunda məruzə edib
AzerTAg.az
Bakı, 1 aprel, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı aprelin 1-də Fransanın paytaxtı Parisdə keçirilən "Qlobal miqrasiya fenomeni" mövzusunda 3-cü Beynəlxalq simpoziumda onlayn iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alim simpoziumda ingilis dilində "Azərbaycanda miqrantlar: problem və həlli yolları" mövzusunda məruzə edib. Məruzədə Azərbaycana siyasi, yaşayış, ailə və s. problemlərlə gələn qaçqınlar, onların üzləşdiyi çətinliklər haqqında danışılıb. Məruzəçi bu problemlərin həll olunması yolunda Azərbaycanın Miqrasiya Xidmətinin, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının göstərdiyi yardım proqramları və köməkləri barədə məlumat verib.


Xəbərin mətnində orfoqrafik səhv var