ELM VƏ TƏHSİL


Şərqşünas alim beynəlxalq konfransda məruzə edib

Bakı, 29 noyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun icraçı direktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Mədəniyyətlərarası dialoq” 20-ci beynəlxalq elmi simpoziumunda onlayn şəkildə iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan və Çindən 67 alimin qatıldığı simpoziumda azərbaycanlı şərqşünas “Məhəmməd Füzulinin ərəbcə şeirləri klassik ərəb poeziyası kontekstində” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Füzulinin ərəbcə şeirlərinin ərəb poetik ənənələri zəminində araşdırılmasından bəhs olunub. Vurğulanıb ki, məna və məzmununa görə 16-cı əsr ərəb poeziya nümunələrindən üstünlüyü ilə fərqlənərək “fusəhayi-ərəbdə məşhur olan” və “ərəb fəsihlərini məsrur edən” bu şeirlər ərəb ədəbiyyatında əhəmiyyətli mövqe əldə etməyə layiq və qadirdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.