ELM VƏ TƏHSİL


Şərqşünas alimin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi dünya mediasında

Bakı, 21 yanvar, AZƏRTAC

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı məqaləsi İranda nəşr olunan "Xudafərin" jurnalının 189-cu sayında fars dilində dərc edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şərqşünas alimin “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsi bir sıra Şərq ölkələrinin saytlarında da yayımlanıb. Məqalə İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində, eləcə də İsveçdən yayımlanan farsdilli tribun.one saytında fars dilində dərc olunub.

Məqalədə faciəni törədənlər, hadisələrin gedişatı və ağır nəticələri barədə ətraflı məlumat təqdim edilib və şərhlər verilib. S.Talıblı Bakıda baş vermiş hadisələrlə yanaşı, 1990-cı ilin yanvarında Neftçala və Lənkəranda da baş verən hadisələrdən ətraflı bəhs edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.