ELM VƏ TƏHSİL


Şərqşünas alimin elmi məqaləsi beynəlxalq nəşrdə yer alıb

Şərqşünas alimin elmi məqaləsi beynəlxalq nəşrdə yer alıb

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dekanı dosent Aydan Xəndanın “Türk poeziyasında qadın obrazı (tədris materialları əsasında)” (“Based on teaching materials woman figure in the Turkish poetry") adlı elmi məqaləsində klassik poeziyadan XX əsr türk poeziyasına qədər nümunələrdə qadın obrazları geniş şəkildə təhlil olunub. Eyni zamanda, universitetlərdə tədris olunan bədii mətnlərdə qadın obrazlarının mövzunun mənimsənilməsində mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Məqalə Braziliyada çıxan “Revista EntreLinguas” adlı impakt faktorlu jurnalda yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.