ELM VƏ TƏHSİL


Şərqşünas alimlər Tunisdə keçirilən konfransda çıxış ediblər

Şərqşünas alimlər Tunisdə keçirilən konfransda çıxış ediblər

Bakı, 11 mart, AZƏRTAC

Martın 10-11-də Tunisdə 3-cü “7 qitədə Osmanlı türk çalışmaları” adlı beynəlxalq elmi konfrans keçirilib. Manouba Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əməkdaşlari - tarix üzrə fəlsəfə doktorları Zülfiyə Vəliyeva və Yaxşıxanım Nəsirova onlayn şəkildə iştirak ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Z.Vəliyeva konfransda “XVIII əsrin əvvəllərində Gəncə fəthində iştirak edən Osmanlı ordusu - Gəncə-Qarabağ əyalətinin timar ruznamə dəftəri əsasında”, Y.Nəsirova isə “Azərbaycanda Osmanlı təhrir dəftərləri ilə bağlı çalışmalar” mövzusunda məruzə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.