ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutu əməkdaşının Xocalı soyqırımı haqqında məqaləsi ərəb saytında yayımlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin ərəb dilində yazdığı "Xocalı soyqırımı: insanlığın faciəsi" sərlövhəli məqaləsi İordaniya Haşimilər Krallığının nayrouz.com saytında yayımlanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə erməni radikal millətçilərinin son iki yüz ildə azərbaycanlılara qarşı milli və dini zəmində həyata keçirdikləri soyqırımıları, həmçinin erməni hərbi-siyasi hakimiyyətinin tarixi Azərbaycan torpaqlarına qarşı yürütdüyü işğalçılıq siyasəti haqqında ətraflı məlumat verilir. Məqalədə ermənilərin Qarabağda ərazi iddiaları barəsində problemlərdən söz açılır, ötən əsrin 90-cı illərindən başlayaraq erməni hərbi qüvvələrinin törətdikləri hərbi cinayətlər barədə, xüsusilə insanlığın faciəsi hesab edilən Xocalı soyqırımı və bu soyqırımı nəticəsində dəymiş maddi və mənəvi zərərlər haqqında məlumatlar rəsmi mənbələrə istinad edilməklə və konkret rəqəmlərlə qeyd edilir. Həmçinin məqalədə Xocalı həqiqətləri və erməni hərbi qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdiyi hərbi-siyasi cinayətlərin müxtəlif dillərdə olmaqla beynəlxalq ictimaiyyətə çatdırılmasında Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında məlumat paylaşılır. Bundan başqa, Şərqşünaslıq İnstitutu əməkdaşlarının Azərbaycanın haqlı mövqeyi, ermənilərin işğalçılıq siyasəti və azərbaycanlılara qarşı həyata keçirdikləri Xocalı soyqırımı haqqında mövzuları əhatə edən kitab və məqalələr yazması, dünya mətbuatında nəşr etdirməsi ilə bağlı məlumatlar işıqlandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.