ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutu əməkdaşının məqaləsi Ümumrusiya islamşünaslıq forumunun materiallarında dərc olunub

Bakı, 6 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Elnur Mustafayevin “İlkin qəbilə dinlərində mehdilik inancının motivləri” elmi məqaləsi Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin keçirdiyi “Müasir Rusiyada İslam və islamşünaslıq” adlı II Ümumrusiya islamşünaslıq forumunun materiallarında dərc olunub.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, məqalədə tarixən mövcud olmuş və hazırda günümüzə gəlib çatmış ilkin qəbilə dinlərdə “xilaskar gözləntisi” problemi müxtəlif aspektlərdən tədqiq edilir. Belə ki, Cənubi Amerika, Afrika və Avstraliya materiklərində ibtidai icma quruluşunda yaşayan qəbilələrdə çətin şəraitlərdə, müharibə və təbii fəlakət zamanı fövqəltəbii xilaskara duyulan ehtiyacların primitiv dinlərdə təsirləri araşdırılır və müqayisəli təhlillər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.