ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunacaq

Bakı, 28 noyabr, AZƏRTAC 

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunan yubiley yığıncağı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Şərq ölkələrinin dili, tarixi, dini-fəlsəfi irsinin tədqiqi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmalardan, Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən bəhs olunacaq. Həmçinin institutda çalışmış görkəmli şərqşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə müfəssəl məlumat veriləcək.

Mərasimdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.