ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunun Elmi şurasında çapa təqdim edilən kitablar müzakirə olunub

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclas karantin dövrünün tələblərinə uyğun təşkil edilib. Elmi şuranın iclasında institut əməkdaşlarının çapa təqdim olunan kitabları müzakirə edilib, eyni zamanda, bir sıra cari məsələlərə baxılıb.

Şərqşünaslıq İnstitutunun əməkdaşları karantin dövründə də səmərəli elmi fəaliyyətlərini davam etdirib, elmi plan işləri, məqalələri üzərində işləyib, bir neçə əməkdaş kitablarını çapa hazırlayıb. Bu kitablardan çapa hazırlanmış dördü Elmi şurada müzakirə edilib. Bunlar institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlının “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)”, Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Yaxşıxanım Nəsirovanın “Osmanlı hakimiyyəti dövründə Urmiya və Xalxal bölgələri (XVIII əsrin 20-ci illəri)”, Təhsil şöbəsinin müdiri Lalə Bayramovanın “Əyyamü-l-arab” cahiliyyə dövrü ərəb ədəbiyyatının abidəsi kimi” və Mərkəzi Asiya şöbəsinin aparıcı elmi işçisi Rauf Qarayevin “Postsovet dövründə Mərkəzi Asiyada təhlükəsizlik problemləri” adlı monoqrafiyalardır. Bu kitablar Elmi şura tərəfindən təqdir edilərək çap olunması məsləhət bilinib.

İclasda, həmçinin digər cari məsələlərə baxılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.