ELM VƏ TƏHSİL


Şərqşünaslıq İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib

Bakı, 16 oktyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov Türkiyə Respublikasının Van Yüzüncü İl Universitetinin təşkil etdiyi üçüncü Beynəlxalq Türkoloji Araşdırmaları Simpoziumunda iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şərqşünas alim onlayn qoşulduğu simpoziumda ingilis dilində “Ədalət və İnkişaf Partiyasının seçki qələbələrini təmin edən əsas amillər” mövzusunda məruzə edib. Məruzədə Türkiyədə Ədalət və İnkişaf Partiyasının parlament, prezident və bələdiyyə seçkilərində, o cümlədən referendumlarda qələbə qazanmasına gətirib çıxaran amillər araşdırılıb. Bu amillər arasında lider, iqtisadi və sosial inkişaf, seçkilərə hərtərəfli hazırlıq və s. rolu xüsusi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.