REGİONLAR


Sərt karantin rejimi tətbiq olunan rayonlarda fermerlərin hərəkəti necə təmin olunacaq - AÇIQLAMA VİDEO

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycanın 16 şəhər və rayonunda sərt karantin rejimi tətbiq olunub. Bu şəhər və rayonların bir qismində, o cümlədən Şəki, Xaçmaz, Siyəzən, Goranboy rayonlarında hazırda aktiv taxıl biçini aparılır.

Sərt karantin rejimi günlərində fermerlərin biçinə necə çıxacağı, onların rayon daxilində və rayonlararası hərəkətinin təşkili ilə bağlı yaranan suallara Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AZƏRTAC-a açıqlamasında aydınlıq gətirib.

O bildirib ki, sərt karantin rejimində fermerlərin hərəkətinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən “Elektron hökumət” və icazə.e-gov.az portalı üzərindən həyata keçiriləcək: “Kənd təsərrüfatı, o cümlədən taxıl biçini ilə məşğul olan fermerlər icazə üçün yerli icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər. Yerli icra hakimiyyəti orqanları fermerlərin adını icazə portalına daxil edəcək və bundan sonra həmin şəxslər sərbəst şəkildə kənd təsərrüfatı ilə məşğul olmaq üçün sahələrə çıxa bilərlər. Fermerlərin rayonlararası hərəkətinin təşkili isə Dövlət Aqrar İnkişaf mərkəzləri tərəfindən tənzimlənəcək. Rayonlararası hərəkət etmək üçün fermerlər icazə məqsədilə sərt karantin rejimi tətbiq olunan rayondakı Dövlət Aqrar İnkişaf Mərkəzinə müraciət etməlidirlər. Onların adları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində olması əsas götürülərək icazə portalına daxil ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.