ELM VƏ TƏHSİL


Sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimləri üçün vebinar təşkil olunacaq

Bakı, 5 iyul, AZƏRTAC

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar iyulun 6-sı saat 17:00-da ibtidai sinif müəllimləri üçün “Təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsi"nin izahı mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı Avropa liseyinin ibtidai sinif müəllimi, Təhsil İnstitutunun doktorantı, Təhsil Nazirliyində dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis, müəllimlər üçün ixtisasartırmaya dair təlim vəsaitlərinin müəllifi, şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə didaktik material və qiymətləndirmə vasitələrinin müəllifi Pərvinə Qədimova çıxış edəcək.

Qeyd edək ki, vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.