ELM VƏ TƏHSİL
Sertifikasiyaya hazırlaşan müəllimlər üçün vebinar təşkil ediləcək
Bakı, 2 dekabr, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar dekabrın 3-də “Sadə həndəsi fiqurların xassələri, statistika və ehtimal” mövzusunda keçiriləcək. Spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək.
Qeyd edək ki, Xəyalə Rüstəmzadə 2018-2019-cu illərdə MİQ imtahanlarında ən yüksək nəticə göstərib. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]