Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə metodika və pedaqogika üzrə seminar təşkil edilib
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə metodika və pedaqogika üzrə seminar təşkil edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bakıdakı 240 nömrəli tam orta məktəbdə keçirilən seminarda mərkəzin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova metodika və pedaqogika üzrə çərçivə sənədi və sənədə əlavə edilən yeni mövzular haqqında məlumat verib. Eyni zamanda, əvvəlki illərdə imtahanlarda istifadə olunan sual nümunələri təqdim edilib və izahatlar verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzindən İlkin Həsənov, Turan Zəkəriyəyeva, Xəzər Əkbərli və bir neçə əməkdaş seminarda müzakirə olunan məsələlərə münasibət bildiriblər.
Yekunda isə auditoriyanın sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

Xəbərin mətnində orfoqrafik səhv var