ELM VƏ TƏHSİL
Sertifikatlaşdırmanın müsahibə mərhələsində müəllimlərin 5 istiqamət üzrə bilik və bacarıqları yoxlanılacaq
Bakı, 12 may, AZƏRTAC
Təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsində müəllimlərin 5 istiqamət üzrə bilik və bacarıqları yoxlanılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov söyləyib. O bildirib ki, müsahibə mərhələsinə 20 dəqiqə vaxt ayrılacaq.
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.