CƏMİYYƏT


Sərtləşdirilmiş karantin rejimi çarpayı fondunda yerlərin boşalmasına, hətta reanimasiyada olan çarpayıların boşalmasına səbəb olub VİDEO

Bakı, 16 yanvar, AZƏRTAC 

Sərt karantin rejiminin tətbiqindən əvvəl və sonra rəqəmlərdəki azalma nəzərə çarpır. Belə ki, dekabrın 14-dən 20-dək olan həftədə 26 min 214 yeni yoluxma halı olub. Yanvarın 4-dən 10-dək Azərbaycanda 4386 nəfər koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva söyləyib.

"Sağalanların sayına baxsaq, əgər dekabrın ortalarında həftə ərzində 27 min 861 nəfər sağalırdısa, indi bu göstərici 13 min 838-dir. Rəqəm az olsa da, bunu yeni yoluxanlarla müqayisə etməliyik. Yeni yoluxanlarla sağalanların arasında 3-4 dəfə fərq var. Yəni sağalanların sayı yeni yoluxanların sayından 3-4 dəfə çoxdur. Bu da çarpayı fondu və reanimasiyada olan yataqların sayı baxımından önəmlidir. Sərtləşdirilmiş karantin rejimi çarpayı fondunda yerlərin boşalmasına, hətta reanimasiyada olan çarpayıların boşalmasına səbəb olub", - deyə Y.Qarayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.