CƏMİYYƏT


Sərtləşdirilmiş karantin rejiminin elan olunduğu rayonlardan Gədəbəyə istirahətə gələnlər cərimələnib VİDEO

Bakı, 21 iyul, AZƏRTAC

Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejiminin elan olunduğu digər rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla istirahətə gələn şəxslər barəsində tədbirlər görüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, həmin şəxslər məsuliyyətdən yaxa qurtarmaq üçün uzun müddət burada yaşadıqlarını bildirsələr də, texniki vasitələrin köməyi ilə onlara məxsus avtomobillərin rayon ərazisinə giriş-çıxış vaxtı müəyyən edilib və onların sərtləşdirilmiş karantin rejimi günlərində gəldikləri məlum olub. Bəzilərinin isə çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edərək ailələri ilə birlikdə istirahət məqsədilə rayona gəldiyi aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimələniblər.

Bundan başqa, polis əməkdaşları bəzi iaşə obyektlərinin karantin rejiminin tələblərini açıq-aşkar pozduqlarını, müştərilər arasında sosial məsafənin gözlənilmədiyini və həmçinin xidmət personallarının əksəriyyətinin tibbi maska və əlcəkdən istifadə etmədiyini də müəyyənləşdiriblər. Həmin şəxslər barəsində də qanunamüvafiq təbir görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.