REGİONLAR


Şərur rayonunda bələdiyyə torpaqlarının monitorinqi aparılıb

Şərur, 11 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşlarından ibarət yaradılmış işçi qrupu, Şərur Rayon İcra Hakimiyyətinin nümayəndələrinin də iştirakı ilə rayon ərazisində fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qanunvericiliyə uyğun icarəyə verilməsinin monitorinqi aparılıb.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, işçi qrup bələdiyyə sədrləri ilə görüşüb və icarəyə veriləcək torpaq sahələrinə baxış keçirib. Monitorinq zamanı qeyd edilib ki, muxtar respublikada aqrar sahədə həyata keçirilən islahatlar kənd təsərrüfatının inkişafına, kəndlinin həyat şəraitinin yaxşılaşmasına səbəb olub. Ölkəmizdə bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi nəticəsində bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərə icarəyə verilməsi, istifadə imkanları genişləndirilib.

Vurğulanıb ki, torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin qanunvericiliklə tənzimlənməsi torpağın icarəyə verilməsi hüququnun həyata keçirilməsinə geniş imkanlar yaradır. Torpaq sahəsi üzrə bağlanan icarə müqaviləsində tərəflərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, “Torpaq icarəsi haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarının normalarında təsbit olunub. Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi yalnız bələdiyyənin qəbul etdiyi qərarlar vasitəsilə rəsmiləşdirilməli, icarəyə verilən torpaq sahələri ilə əlaqədar yazılı müqavilələr tərtib olunmalıdır.

Keçirilən monitorinq zamanı torpaq icarəsi haqqında münasibətlərin pozulmasına görə qanunvericiliklə nəzərdə tutulan məsuliyyətlər haqqında iştirakçılara geniş məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.