REGİONLAR


Şərur rayonunda daha üç məktəb yeni binada fəaliyyət göstərəcək

Şərur, 12 sentyabr, AZƏRTAC

Yeni təhsil ocaqları üçün binaların tikilməsi, mövcud məktəb binalarının yenidən qurulması istiqamətində görülən tədbirlər muxtar respublikanın Şərur rayonunda da davam etdirilir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, rayonun Kərimbəyli, İbadulla və Kosacan kəndlərindəki tam orta məktəblər yeni binalarda fəaliyyət göstərəcək.

Kərimbəyli kəndində yenidən qurulan, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 270 şagird yerlik məktəb binasının qarşıdan gələn dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Rayonun İbadulla kəndində 522 şagird yerlik məktəb binasının da inşası sürətlə aparılır. Kosacan kəndində isə 234 şagird yerlik məktəb binası Şərurun yeni məktəbləri siyahısında yer alacaq. Bu məktəb binalarının tikintisini Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin və “Artay” LTD Tikinti Şirkətinin Naxçıvan filialının inşaatçıları aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.