REGİONLAR


Şərur rayonunda kartof yığımına başlanılıb

Şərur, 1 iyun, AZƏRTAC

Muxtar respublikanın Şərur rayonunun torpaq mülkiyyətçiləri kartof yığımına başlayıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ailə təsərrüfatlarında yetişdirilən keyfiyyətli məhsul artıq bazara çıxarılır, əhalinin bu məhsula olan tələbatı yerli imkanlar hesabına ödənilir.

Rayonun Ələkli, Sərxanlı, Aralıq, Zeyvə, Cəlilkənd, Məmmədsabir, Düdəngə və digər kəndlərinin torpaq mülkiyyətçiləri daha çox kartof əkinlərinə üstünlük verirlər.

Şərur rayonunda kartofun əkilib becərilməsi ənənəsinin tarixi qədimdir. Buna görə də ailə təsərrüfatlarında bu istiqamətdə yetərincə təcrübə var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.