REGİONLAR


Şərur rayonunda növbəti ağacəkmə aksiyası təşkil olunub

Şərur, 30 noyabr, AZƏRTAC

Muxtar respublikada həyata keçirilən yaşıllaşdırma tədbirlərinin davamı olaraq Şərur rayonunda növbəti ağacəkmə aksiyası təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ağacəkmə aksiyası çərçivəsində rayonun Şəhriyar kəndində 1,6 hektar sahədə yeni meyvə bağı salınıb. Ərazidə rayonun torpaq, iqlim xüsusiyyətlərinə xas olan 700 meyvə tingi əkilib.

Rayondakı Kürkənddə də abadlıq işləri görülüb. Kənd mərkəzində təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.