REGİONLAR


Şərur rayonunda toxuculuq təlimi təşkil olunub

Şərur, 27 aprel, AZƏRTAC

Muxtar respublikanın Şərur rayonunda qadınlar üçün toxuculuq təlimi təşkil edilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, komitə ilə Şərur Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən təlimin məqsədi qədim toxuculuq sənətinin inkişaf etdirilməsinə, qadınların bu sahəyə marağının artırılmasına, eyni zamanda, onların sosial vəziyyətinin yaxşılaşdırlmasına dəstək verməkdir.

Təlimdə aztəminatlı ailənin 6 üzvü, sağlamlıq imkanları məhdud 12 qadın və Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri olmaqla, ümumilikdə, 21 nəfər iştirak edib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova peşə hazırlığının düzgün təşkilinin özünüməşğulluğun təmin edilməsinə xidmət etdiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov çıxış edərək bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr icra edilir. Bu ilin ötən dövründə toxuculuq ilə bağlı Sədərək və Culfa rayonlarında təlimlər keçirilib. Bugünkü tədbir görülən işlərin davamıdır.

Sonda istedadlı toxucu Gülsüm Kəngərli dövlətimizin milli-mənəvi dəyərlərin yaşadılmasına və inkişafına hər zaman dəstək göstərdiyini bildirib. O, toxuculuğun sirlərinin öyrədilməsində səylərini əsirgəməyəcəyini qeyd edib.

Gülsüm Kəngərli təlimi əyani vəsaitlərdən istifadə etməklə keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.