REGİONLAR


Şərur rayonunda uşaqların tibbi müayinələri yekunlaşıb

Şərur, 14 may, AZƏRTAC

Şərur Rayon Uşaq Xəstəxanasının həkimləri tərəfindən rayonun tam orta məktəblərində və Şərur Şəhər Uşaq Bağçasında uşaqlar arasında aprel-may ayları üçün nəzərdə tutulan dərin tibbi müayinələr yekunlaşıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, müayinələrə, ümumilikdə, 9 minə yaxın uşaq cəlb olunub. Pediatr, oftalmoloq, stomatoloq, cərrah, LOR və digər ixtisaslı həkimlərdən ibarət briqada tərəfindən aparılan müayinələr nəticəsində xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyata götürülüb. Onlar əlavə müayinə və müalicə üçün Şərur Rayon Uşaq Xəstəxanasına və Naxçıvan Muxtar Respublika Xəstəxanasına göndəriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.