Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilib

Şərur, 20 oktyabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin təməlində sabitlik, inkişaf və tərəqqi dayanır. Bu gün muxtar respublikanın davamlı inkişafı da bu siyasi xəttin bəhrəsidir. Aparılan quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar bölgələrin tarazlı inkişafına səbəb olub. Bu gün kəndlərdə müasir şəhər infrastrukturu yaradılır. Sakinlərin rahat yaşayışı təmin olunur, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 20-də Şərur rayonunun Qarahəsənli kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Kənd yolu yenidən qurulub

Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlanır. Müasir yol rahat yaşayış deməkdir. Muxtar respublikanın kəndlərində də yolların yenidən qurulmasına xüsusi diqqət yetirilir.

Oktyabrın 20-də Qarahəsənli kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib.

Bildirilib ki, 3 kilometrlik yol genişləndirilərək asfalt örtük salınıb, hərəkət qaydalarına uyğun olaraq işarələnib, 4,8 kilometrlik kənddaxili yol hamarlanaraq qum-çınqıl qatı verilib, ilin bütün fəsillərində nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib. Yolun üzərindəki körpü təmir olunub, 28 su keçidi qoyulub, 928 metrlik beton kanal çəkilib.

Qarahəsənli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Oktyabrın 20-də Qarahəsənli kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 2 mərtəbəli binada müasir tədrisin tələblərinə uyğun şərait yaradılıb, əyani vəsaitlər və yeni texnologiyalarla təmin olunmuş fənn kabinələri istifadəyə verilib. 234 yerlik məktəb binasında 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı var. Məktəbin kitabxanasında 988-i dərslik və 1904-ü bədii ədəbiyyat olmaqla, 2892 kitab var. Burada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.

Kompüter otağında sürətli internetə çıxışı olan 19 kompüter quraşdırılıb. Elektron lövhəli sinifdə “Əlincəqala” Dövlət Tarix Memarlıq Muzeyi ilə interaktiv əlaqə yaradılıb, eyni vaxtda interaktiv dərs muxtar respublikanın 218 təhsil müəssisəsində izlənilib.

Şahmat sinfinə baxış zamanı qeyd olunub ki, məktəbdə həftədə iki saat şahmat dərsi tədris olunur. Bu da şagirdlərin zehni inkişafına kömək göstərir. Hazırda məktəbin şagirdləri şahmat üzrə rayon və muxtar respublika birinciliklərində uğurla iştirak edirlər. Bir şagird şahmat üzrə muxtar respublika birinciliyində ikinci yerə layiq görülüb.

Məktəbin fizika və kimya-biologiya laboratoriyaları əyani vəsaitlər, elektron dərslik və elektron lövhə ilə təmin edilib.

Ali Məclisin Sədri dəqiq elmlərin tədrisində elektron dərsliklərdən və əyani vəsaitlərdən istifadənin vacibliyini vurğulayıb, tədrisin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonra məktəbin müəllimləri ilə görüş olub.

Ali Məclisin Sədri pedaqoji kollektivi yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Müəllimlər bu gündən etibarən müasir məktəb binasında fəaliyyət göstərəcəklər. Qarahəsənli kənd tam orta məktəbi daim təhsil sahəsində qazandığı nailiyyətlərlə seçilib. Ötən tədris ilində də məktəbin məzunları ali və orta ixtisas təhsili məktəblərinə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Bu da məktəbdə tədrisin düzgün qurulmasının nəticəsidir.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edərək deyib: Yaradılan şəraitdən səmərəli istifadə gələcəkdə məktəbin nailiyyətlərinin daha da artmasına imkan verəcəkdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır”. Bu gün Qarahəsənli kənd tam orta məktəbində gənclərə bilikləri hərtərəfli öyrətmək üçün müasir tədris şəraiti yaradılıb, elektron lövhələr, laboratoriyalar, kompüter sinfi istifadəyə verilib. Həmçinin məktəbdə bütün fənlər üzrə müəllimlər fəaliyyət göstərir. Dövlətimiz tərəfindən təhsil sahəsində həyata keçirilən bu tədbirlər, müəllimlərin fəaliyyəti üçün yaradılan şərait gələcəyimizin daha möhkəm və etibarlı olmasına xidmət edir. Çünki ölkəmizin etibarlı gələcəyi bu gün məktəblərdə yetişən vətənpərvər və təhsilli gənclərdən asılıdır. Bu gələcəyi hazırlayan isə müəllimlərdir. Müəllimlər gənclərin hazırlığına xüsusi diqqət yetirməlidirlər. Hər bir gənc, ilk növbədə özünü vətənə xidmətə hazırlamalıdır ki, gələcəkdə seçdiyi peşə üzrə ölkəmizin inkişafına töhfə verə bilsin.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müəllimlərə uğurlar arzulayıb.

Məktəbin müəllimi Şəbnəm Əliyeva kollektiv adından minnətdarlıq edərək deyib: Yeni məktəb binası kollektivin böyük sevincinə səbəb olub. Yaradılan şərait müəllimlərin məsuliyyətini daha da artırır. Qarşımıza qoyulan vəzifələrin icrasında səylə çalışacaq, vətənpərvər və təhsilli gənclərin yetişdirilməsində bilik və bacarığımızı əsirgəməyəcək, göstərilən etimadı doğruldacağıq.

Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, bufet və açıq idman qurğuları istifadəyə verilib.

Qarahəsənli Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb

Həmin gün Qarahəsənlidə kənd mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Bildirilib ki, mərkəzdə inzibati ərazi dairəsi və kənd bələdiyyəsi üçün iş otaqları, baytarlıq məntəqəsi, 3354 kitab fondu olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otaq, rabitə evi, feldşer-mama məntəqəsi, statistika otağı, 44 yerlik zal, polis sahə məntəqəsi və mədəniyyət evi yerləşir. Rabitə evində poçt bölməsi fəaliyyətə başlayıb, 224 yerlik ATS quraşdırılıb, kənddə abonentlərə genişzolaqlı və sürətli internet xidmətinin göstərilməsi təmin edilib.

Yeni Azərbaycan Partiyası Qarahəsənli kənd ərazi ilk təşkilatının sədri Baxşəli Zeynalov deyib ki, kənd quruculuq işlərindən sonra müasir yaşayış məntəqəsinə çevrilib. Sakinlər bu işə öz töhfələrini vermək üçün səylə çalışırlar. Partiyanın ərazi ilk təşkilatının 65 üzvü var ki, onların da çox hissəsi gənclər və ali təhsili olanlardır. Partiya üzvləri kəndin ictimai-mədəni həyatında fəal iştirak edirlər. Çalışırıq ki, qurulanlardan, yaradılanlardan səmərəli istifadə edərək onları gələcək nəsillər üçün qoruyub saxlayaq.

Ali Məclisin Sədri kənddə idarəetmənin təşkili, əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Tibbi avadanlıqlar və dərman vasitələri ilə təchiz olunmuş feldşer-mama məntəqəsi mərkəzin birinci mərtəbəsində yerləşir və 4 otaqdan ibarətdir. Burada peyvənd və ilkin tibbi yardım çantaları qoyulub, sakinlərin sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb.

Baxış zamanı qeyd olunub ki, kənddə uşaqlar mütəmadi olaraq peyvəndə cəlb olunur, hamilə qadınlarla işə xüsusi diqqət yetirilir. Bu il Qarahəsənli kəndində 16 uşaq doğulub.

Kənddə yeni xidmət mərkəzi istifadəyə verilib

Oktyabrın 20-də Qarahəsənli kəndində yeni xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, mağazalarda və xidmət sahələrində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla 2 mağaza, 2 anbar və dərzi fəaliyyət göstərir. Mərkəzdə 6 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri sakinləri kənddə aparılan quruculuq işləri münasibətilə təbrik edərək deyib: Qarahəsənli muxtar respublikanın abad kəndlərinin sırasına qoşuldu. Kənddə müasir infrastruktur yaradılıb. Yol, məktəb binası və digər sosial obyektlər istifadəyə verilib, dayanıqlı elektrik, qaz, rabitə və internet xidmətinin göstərilməsi təmin olunub. Bu gün Azərbaycan dövləti Ulu Öndərin yolu ilə gedərək hərtərəfli inkişafa nail olmuşdur. Ölkə Prezidentinin Ümummilli Liderin yolunu davam etdirməsi və göstərdiyi səylər bütün yaşayış məntəqələrinin inkişafına səbəb olmuşdur. Qısa müddətdə həyata keçirilən tədbirlər Qarahəsənlini də müasir Azərbaycan kəndinə çevirmişdir. Bütün bunlar dövlətimizin öz insanlarına qayğısının bir kəndin timsalında nümunəsidir. Yaradılan şərait sakinlərin rahat yaşayışına və təsərrüfatlarının daha da genişləndirilməsinə xidmət edir. Tikilənləri, qurulanları qoruyub saxlamaq, torpaqları əkmək və bol məhsul istehsal etmək isə sakinlərin qarşısında duran əsas vəzifələrdir.

Sakin Məhəmməd Kərimov minnətdarlıq edərək deyib: Qarahəsənli kəndinin sakinləri ölkəmizin inkişafında yaxından iştirak edilər. Kəndin iki Milli Qəhrəmanı və bir şəhidi var. Övladım Kərim Kərimov Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır. Bu gün muxtar respublikada milli qəhrəmanlarımızın, şəhidlərimizin adı uca tutulmaqla yanaşı, həm də onların valideynlərinə də hərtərəfli qayğı göstərilir. Qarahəsənli kəndində hər bir ailə dövlət qayğısı ilə əhatə olunub. Yollarımız abadlaşıb, içməli və suvarma suyu ilə təminatımız yaxşılaşıb, rahat yaşayışımız üçün bütün tədbirlər görülüb. Dövlətimizin öz vətəndaşlarına bu cür qayğısı bizi daha da ruhlandırır. Söz veririk ki, bundan sonra da ölkəmizin inkişafına öz töhfəmizi verəcəyik.

X X X

Kənddə kommunikasiya xətləri də yenilənib, 2470 metr fiber-optik kabel, 7080 metr rabitə, 670 metr elektrik xətti çəkilib, 3600 metr qaz xəttində təmir-bərpa işləri aparılıb. Həmçinin əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə 1050 metrlik yeni içməli su xətti çəkilib, Arpaçayın sahilində 400 metr məsafədə ikitərəfli sahilbərkitmə işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO