REGİONLAR


Şərur rayonunun məktəblərində profilaktik müayinələr aparılır

Şərur, 17 oktyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən Şərur Rayon Uşaq Xəstəxanasının həkimləri tərəfindən rayonun məktəblərində profilaktik müayinələr aparılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu çərçivədə Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbdə 350 uşağın profilaktik müayinəsi aparılıb. Müayinələr xəstəxananın pediatr, cərrah-travmatoloq, otolarinqoloq, nevropatoloq, oftalmoloq, stomatoloq ixtisaslı həkimləri tərəfindən həyata keçirilib.

Müayinələr zamanı xəstəlik aşkar olunan uşaqlar dispanser qeydiyyatına götürülərək xəstəxanaya dəvət olunub. Müayinələrin məqsədi uşaqlar arasında xəstəlikləri əvvəlcədən aşkar edib, qarşısını almaqdır.

Qeyd edək ki, Şərur rayon məktəblərində profilaktik müayinələr noyabrın 25-nə kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.