REGİONLAR
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
Naxçıvan, 17 avqust, AZƏRTAC
Şərur Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası Şahbuz rayonu ərazisindəki Qanlıgöl yaylağında olub, burada şərurlu fermerləri və onların ailə üzvlərini müayinə ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yaylaq sakinlərinə yay aylarında yoluxa bilən xəstəliklər, qida zəhərlənmələri, həşərat və ilan sancmaları zamanı göstərilən ilk tibbi yardımlar barədə məlumatlar verilib.
Aşkar olunan xəstəliklərin müalicəsi üçün dərmanlar təyin edilib. Onlara bir sıra tibbi yardım ləvazimatları, mədə-bağırsaq və başqa xəstəliklər zamanı istifadə olunan dərmanlar paylanıb. Həmçinin obalarda dezinfeksiya işləri də aparılıb.
Qeyd edək ki, oba sakinləri üçün ərzaq və digər lazımi məhsulların satışı da təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]