DÜNYA


Sərvəti 200 milyard dolları keçən İlon Mask dünyanın ən varlı insanı olub

Bakı, 28 sentyabr, AZƏRTAC

“SpaceX” və “Tesla” kompaniyalarında hissələrə malik İlon Mask “Amazon” kompaniyasının qurucusu Ceff Bezosu qabaqlayaraq dünyanın ən varlı insanları reytinqində birinci yerə yüksəlib.

AZƏRTAC “Forbes” jurnalının “Real-Time” sayğacındakı məlumatlara istinadla xəbər verir ki, İlon Maskın sərvəti ilk dəfə 200 milyard dolları ötüb.

Sentyabrın 27-də birja hərraclarının sonunda onun varidatı sutka ərzində 3,8 milyard dollar artaraq 203,4 milyard dollara çatıb. İlon Mask sərvəti 200 milyard dolları keçən üçüncü insan olub. İlk dəfə bu həddi 2020-ci ilin avqustunda Ceff Bezos, ikinci dəfə isə bu ilin iyun ayında Louis Vuitton Moët Hennessy (LVMH) qrupunun prezidenti Bernar Arno keçmişdi.

Reytinqdə ikinci yerin sahibi Ceff Bezosun varidatı 197,7 milyard dollar həcmində qiymətləndirilir. Üçüncü pillədə qərarlaşan Bernar Arno 175,7 milyard dollar sərvət sahibidir. Siyahıda dördüncü yerdə 131 milyard dollarla “Microsoft” kompaniyasının qurucusu Bill Qeyts, beşinci yerdə isə 126,4 milyard dollarla “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Sukerberq qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.