İDMAN


Serxio Aquera yay transfer pəncərəsində klubunu dəyişə bilər

Bakı, 23 fevral, AZƏRTAC

"Mançester Siti" klubunun hücumçusu Serxio Aquera yay transfer pəncərəsində komandanı dəyişə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb. Məlumatda bildirilib ki, 32 yaşlı argentinalının xidmətində "Yuventus", "Barselona" və "İnter" maraqlıdır.

Aqueronun klubu ilə müqaviləsi bu mövsümün sonunda bitəcək, buna görə istənilən komanda onu pulsuz əldə edə bilər. Futbolçunun özü dəfələrlə karyerasını harada davam etdirəcəyini bilmədiyini söyləyib, ancaq onun klubunda qalma ehtimalı çox azdır.

Bu mövsüm futbolçu keçirdiyi doqquz matçda iki qol vurub. Daha əvvəl "Mançester Siti"nin S.Aquero ilə yeni müqavilə müzakirə etmədiyi bildirilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.