İDMAN


Serxio Peres Formula 1-də cari mövsümdə ilk, karyerasında isə ikinci qələbəsini Bakıda qazanıb VİDEO

Bakı, 6 iyun, AZƏRTAC

“Red Bull Racing Honda” komandasının meksikalı pilotu Serxio Peres Formula 1 Azərbaycan Qran-Prisində birinci olmaqla cari mövsümdə ilk qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, Bakıdakı uğur meksikalı pilotun karyerasında ikinci qələbədir. O, həmçinin “Red Bull Racing Honda” komandasının heyətində ilk dəfə podiumun birinci pilləsinə qalxıb.

Ümumilikdə 196 yürüşdə gücünü sınayan S.Peres ilk qələbəsini ötən il Bəhreyn Qran-Prisində qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.