İDMAN


Serxio Ramos İspaniya millisinin heyətində yeni rekorda imza atıb

Bakı, 16 noyabr, AZƏRTAC

Futbol üzrə İspaniya millisinin və "Real Madrid" klubunun futbolçusu Serxio Ramos yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı müdafiəçi buna UEFA Millətlər Liqasının 5-ci turunda İsveçrə ilə matçda nail olub. O, həmin oyunda iştirak etməklə yığmanın heyətində çıxdığı qarşılaşmaların sayını 177-yə çatdırıb. Bu isə Avropada milli komandalar üçün yeni rekord sayılır.

Bunadək ən yüksək göstərici İtaliya yığmasında 176 oyun keçirən Canluici Buffona məxsus idi.

Qeyd edək ki, İsveçrə - İspaniya görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.