İDMAN


Serxio Ramos La Liqada növbəti rekorduna imza atıb

Bakı, 22 iyun, AZƏRTAC

“Real Madrid” klubunun müdafiəçisi Serxio Ramos ötən gün komandasının “Real Sosyedad” ilə qarşılaşmasında (2:1) vurduğu qolla karyerasında növbətı rekordunu rəsmiləşdirib.

AZƏRTAC xəbər verir ki, futbolçu İspaniya çempionatlarında 68-ci dəfə fərqlənməklə La Liqa tarixində ən məhsuldar müdafiəçi olub. O, bununla da “Barselona”nın sabiq müdafiəçisi Ronald Kumanı qabaqlayıb.

Xatırladaq ki, “Real Madrid” səfərdə qazanılan qələbə ilə 65 xalla turnir cədvəlində liderliyə yüksəlib. Eyni xala malik “Barselona” ikinci pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.