İDMAN


Serxio Ramos milli komandalarda ən çox qol vuran müdafiəçi kimi tarixə düşüb

Bakı, 7 sentyabr, AZƏRTAC

Futbol üzrə İspaniya milli komandasının kapitanı Serxio Ramos yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, 34 yaşlı müdafiəçinin rekordu UEFA Millətlər Liqasının qrup mərhələsində Ukraynaya 4:0 hesabı ilə qalib gəldikləri oyunda qeydə alınıb.

Qarşılaşmada dubl edən “Real Madrid” klubunun müdafiəçisi millidə keçirdiyi 172 oyunda 23 qol vurmağı bacarıb. Bununla da o, yığma komandalarda ən çox qol vuran müdafiəçi kimi tarixə düşüb.

S.Ramosdan əvvəl bu rekord Argentina millisinin sabiq müdafiəçisi Daniel Passarellaya məxsus idi. Onun aktivində 22 qol var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.